16 oktyabr 2010 19:57
Kaxaber Sxadadze: Bu bir fəlakətdir
Azərbaycanın "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze ölkə çempionatının 9-cu turu çərçivəsində AZAL ilə keçirlmiş oyunla bağlı (0:5) öz fikirlərini bildirdi. "İstefa ilə bağlı klub rəhbərliyi ilə danışacam. Oyunçularla bu gün baş verəni təhlil etməliyik. Bu biabırçılığa görə azərkeşlərdən üzr istəyirəm. Müdafiə çox zəif oynadı. Lakin günah ilk növbədə mənim üzərimdədir. Bu bir fəlakətdir", - azerisport.az xəbər verir ki, bunu Sxadadze dedi.
