16 oktyabr 2010 00:11
Azərbaycan azərkeşləri ən yaxşılarından biridir
AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə oyunu azərkeşlər sayına görə Avropada altıncıdır. Azerisport.az saytının verdiyi məlumata görə, seçmə mərhələnin son turun oyununa Tofik Bəhramov adına stadiona 28 min azərkeş gəlmişdir. Azərbaycan – Türkiyə oyundan irəlidə yalnız İngiltərə – Çernoqoriya (Wembley Stadium, 73 451 tamaşaçı), Şotlandiya – İspaniya (Hampden Park, 51 322), Hollandiya – İsveç (Amsterdam Arena, 40 000), İsveçrə - Uels (Sankt Jacob Park, 38 500) və Qazaxıstan – Almaniya (Astana Arena, 30 000) oyunlarıdır.
