17 oktyabr 2010 19:50
Şükürov və Diniyev məğlub oldu (YENİLƏNDİ)
Bu gün Rusiya çempionatının 24-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Mahir Şükürovun çıxış etdiyi "Anjı" klubu Moskvanın "Dinamo" komandasının qonaqıdır. Qeyd edək ki, Mahir əsas heyətdə yer alıb. Oyunda ikinci hissə gedir.
Kevin Kuranyi 37-ci dəqiqədə hesabı penaltidən açır - 1:0. Leandro Fernandes 40-cı dəqiqədə hesabı 2:0 edir. İkinci hissədə Şükürovun yerinə oyuna Strelkov dahil oldu. 78-ci dəqiqədə Çesnauskas hesabı 3:0 edir. 90+1-ci dəqiqədə Voronin penalti zərbəsindən sonra oyunda son nöqtəni qoyur - 4:0.
Həmçinin Şahin Diniyevin komandası "Terek" isə öz meydanında ÇSKA-nı qəbul edir. Görüş 0:3 hesabı ilə Moskva təmsilçisinin xeyirinə bitdi.
