17 oktyabr 2010 00:05
Vinfrid Şefer: Əgər MOİK bugünkü kimi oynasaydı son turda məğlub olmazdı
Azərbaycan Premyer-liqasının 9-cu turunda ölkə kubokunun son qalibi "Bakı" klubu debütant MOİK komandasını qəbul etdi. Azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, oyunun ilk dəqiqələrində hesabda geri düşən "Bakı" yekunda rəqibi üzərində qələbə qazanmağı bacardı - 2:1.
"Bugünkü oyunda turnir cədvəlində qonşu mövqedə qərarlaşmış komandalar qarşılaşdı. İlk dəqiqələrdə hesabı açsaq da, bu üstünlüyü qoruya bilmədik. Qoldan sonra bir neçə əlverişli imkandan yararlana bilmədik. "Bakı" bizdən daha təcrübəli komandadır. Fikrimcə bu oyunda təcrübə qalib gəldi. MOİK bu gün ən azı bir xala layiq idi", -MOİK-inçalışdırıcısı Ramil Əliyevbildirdi.
"İlk dəqiqələrdən qapımızda qol gördük, buna görə də bütün komanda ilə hücuma atıldıq. İlk hissədə iki qol vura bildik. MOİK-in "Gəncə" ilə oyununa baxmışdım. Əgər bugünkü kimi oynasaydılar "Gəncə" klubuna qalib gələrdilər. Futbolçularım meydana arxayın çıxmışdılar, bu, bir növ Azərbaycan - Türkiyə qarşılaşmasını xatırladırdı. Arxayınçılıq oyunumuza öz təsirini göstərdi. Lakin yekunda qalib gəldiyimiz üçün şadam", - "Bakı"-nın baş məşqçisi Vinfrid Şeferdedi.
