17 oktyabr 2010 00:26
İnter`in "dəhşəti", AZAL`ın "uçuşu", Adams və Şeferin sevinci – 9-cu turun icmalı
Bu gün Azərbaycan çempionatının 9-cu turun ilk oyunları keçirildi. Azerisport.az xəbər verir ki, turun ən çox maraq doğuran AZAL – "İnter" oyunu heç kimin gözləmədiyi nəticəni bağışladı.
Axı kim deyə bilərdi ki, Kaxaber Sxadadzenin 5-oyunluq cəzadan sonra qayıdışı komandaya bu dərəcədə təsir edəcək! Kim deyə bilərdi ki, son 20 dəqiqə "bankirlər" üçün əsl dəhşətə çevriləcək! Əminliklə demək olar ki, heç kim. Amma bu baş verdi. Oyunun birinci hissəsində komandalar qapılara yol tapa bilmirdi. Üstünlüyün AZAL-ın tərəfində olmasına baxmayaraq, "təyyarəçilər" qol vura bilmirdi. İlk yarının ssenrisi təxmini belə idi – AZAL hücum edir, "İnter" müdafiə olunur. İkinci yarıda isə "sözlər" dəyişdi – AZAL qol vurur, "İnter" bu qolları buraxır. Maraqıdır ki, ilk vurulan topdan, yəni 50-ci dəqiqədən sonra "bankirlər" aktivləşdi, təşəbbüsü öz əlinə keçirmək istəyirdi. Lakin bu gün "İnter"-in günü deyil idi. Faktiki olaraq, "təyyarəçilər"-in ikinci hissədə qapı istiqamətinə vurulan hər zərbə qol olurdu. Sxadadze bu cür ssenarini yəgin ki heç ən dəhşətli yuxularında belə görməyib. Etiraf edək ki, oyundan sonra gürcü mütəxəssis əsl kişi kimi özünü apardı: heç kəsi günahlandırmayaraq, söyməyərək dedi ki, istefa məsələsinə baxacaq. Əlbətdə bir tərəfdən bir oyuna görə istefaya getmək o qədər də düzgün qərar deyil. Lakin bunun digər tərəfi də var. Misal üçün, komandanın qeyri-stabil oyunu. Və ya elə baş məşqçinin özünün aparması: həm həmkarları, həm oyunçuları ilə. AZAL-a gəldikdə isə - "komandanın uçuşu normal keçir"."Təyyarəçilər" o qədər də möhtəşəm oyun göstərməyərək, yaranan fürsətlərdən maksimum istifadə etdi. Nazim Süleymanovun yetirmələri bu qələbə ilə 3-cü pilləyə yiyələndi və birinci olan "Neftçi"-dən cəmi iki xal geridə qalır.
"Qəbələ" isə "Muğan"-ı qəbul etdi. Oyun başlayan kimi serbiyalı "azərbaycanlı" Branimir Subaşiç "Qəbələ"-nin artıq iki hücumun da iştirak etdi. Və onlardan birini 4-cü dəqiqədə qolla yekunlaşdırdı. "Muğan" oyunun bu cür gedişatını gözləmirdi və demək olar ki, erkən qol Almir Hurtiçin komandasına pis təsir etdi. Xeyir, komanda ruhdan düşmədi, sadəcə olaraq "radarlar" ilk yarıda çox yaxşı təsir bağışladı. Hesabda irəlidə olmalarına baxmayaraq, komanda yalnız hücum haqqında düşünürdü. Və bunun məntiqi nəticəsi kimi 32-ci dəqiqədə Con Deon Barton Azərbaycan çempionatında üçüncü, oyunda isə ilk qolunu vurur – 2:0. Bu qoldan sonra isə "Qəbələ" bir az sakitləşdi. İkinci hissədə isə Salyan təmsilçisi daha aktiv və bir az aqressiv başladı. Qonaqlar meydan sahiblərini hər nöqteydə pressinq etməyə çalışırdı. Bəzən bu alınırdı, bəzən isə yox. Lakin yekunda hesab dəyişmədi və Toni Adamsın kollektivi növbəti qələbəsini qazanaraq, beşinci yerə yüksəldi. Qeyd etmək lazımdır ki, Qəbələ təmsilçisi oyundan oyuna güclənir. Bəli, qeyri-stabilik hələ də var. Ancaq indidən demək olar ki, əgər komanda inkişafını bu tərzdə davam etdirsə, gələn mövsüm artıq çempionluq uğrunda da mübarizə apara bilər.
Bakıda isə eyniadlı komanda MOİK`lə qarşılaşdı. "Hərbiçilərin" son bir neçə oyunu hansısa bir müsbət amili qeyd etməyə imkan vermir. Ancaq bu dəfəki qarşılaşmada MOİK bir az canlı görsənirdi. Elə hesabı açan da qonaqlar oldu: 4-cü dəqiqədə cərimə zərbəsindən sonra "Bakı" –nın müdafiəçisi Dare Nbombe topu öz qapısına göndərərək, MOİK hesabda irəliyə çıxartdı – 0:1. Bundan sonra demək olardır ki, "Bakı" üstünlüyü tam olaraq əlinə alacaq, lakin cəmi bir neçə dəqiqədən sonra "hərbiçilər" hesab arasındaki fərqi artıra bilərdi. Ancaq "Bakı"-nın qapıçısı Marko Şarlia komandasını qoldan xilas edə bildi. Ümumiyyətlə "Bakı"-nın oyunu ikili təsir bağışladı. Bir tərəfdən "Bakı" əla komanda oyunu göstərərək, sürətli, təhlükəli, bəzən gözəl hücumlar qururdu. Digər tərəfdən isə hücumda komanda birdən "sönürdü", oyunçular nə etmək lazım olduğunu sanki bilmirdi, müdafiə isə öz arasında paslaşanda, azərkeşlərin nəfəsi dəyanırdı! MOİK isə bu dəfə heç olmasa mübarizə aparırdı. Ola bilsin ki, "Gəncə"-dən aldığları 0:5 məğlubiyyəti komanda üçün bir növ "şillə" kimi idi və oyunçular artıq özlərinə yavaş-yavaş gəlir. Ancaq nəticə ilə tələsməyək. Axı kim bilir, növbəti turda MOİK hansı futbol gösrtərəcək.
Sabah isə turun qalan üç oyunu baş tutacaq: "Turan" – "Neftçi", "Gəncə" – "Xəzər-Lənkəran", "Qarabağ" – "Simurq".
BAKI – MOİK - 2:1
Nbombe, 5 (öz qapısına 0:1), Junior, 19 (1:1), Cavadov, 30 (2:1)
AZAL – İNTER - 5:0
İbekoyi, 50 (1:0), 78 (4:0), Yuşka, 69 (2:0), Kvirtiya, 77 (3:0), Qarayev, 83 (5:0)
QƏBƏLƏ – MUĞAN - 2:0
Subaşiç, 4 (1:0), Barton, 33 (2:0)
Turnir cədvəli:
| Komanda |
O
|
Q
|
H
|
M
|
TF
|
X
|
|
|
1
|
Neftçi
|
8
|
6
|
1
|
1
|
15-2
|
19
|
|
2
|
XL
|
8
|
5
|
3
|
0
|
9-1
|
18
|
|
3
|
AZAL
|
9
|
5
|
2
|
2
|
14-6
|
17
|
|
4
|
İnter
|
9
|
5
|
1
|
3
|
7-8
|
16
|
|
5
|
Qəbələ
|
9
|
4
|
1
|
4
|
8-7
|
13
|
|
6
|
Bakı
|
8
|
3
|
3
|
2
|
12-10
|
12
|
|
7
|
Qarabağ
|
7
|
3
|
2
|
2
|
7-4
|
11
|
|
8
|
Gəncə
|
8
|
2
|
5
|
1
|
11-8
|
11
|
|
9
|
Muğan
|
9
|
2
|
3
|
4
|
6-9
|
9
|
|
10
|
MOİK
|
0
|
1
|
1
|
7
|
4-20
|
4
|
|
11
|
Turan
|
8
|
0
|
3
|
5
|
5-13
|
3
|
|
12
|
Simurq
|
8
|
0
|
3
|
5
|
5-15
|
3
|
Bombardirlər:
9– Bahodir Nəsimov (Neftçi)
5– Qvidas Yuşka (AZAL)
4– Junivan (Gəncə)
