18 oktyabr 2010 13:07
Rəşad Sadıqov: Qələbələrin ardı mütləq gələcək
Türkiyənin "Eskişehirspor" klubunun azərbaycanlı müdafiəçisi Rəşad Sadıqov hesab edir ki, Superliqanın 8-ci turu çərçivəsində "İstanbul Büyükşehir" komandası üzərində əldə olunan qələbədən sonra onun komandası qalib gəlməyə davam edəcək.
"Əla oyun idi. Şadam ki, qələbə qazandıq. Ardı mütləq gələcək. Biz yenə də qələbə qazanacayıq", - azerisport.az xəbər verir ki, bunu Sadıqov Türkiyə mətbuatına dedi.
