18 oktyabr 2010 14:25
Qvidas Yuşka: Bəxtimiz gətirdi ki, ilk qolu vurduq
Azərbaycanın AZAL klubunun hücumçusu Qvidas Yuşka ölkə çempionatının 9-cu turu çərçivəsində Bakının "İnter" komandası ilə oyun barəsində (5:0) öz fikirlərini bildirdi.
"Qələbə qazanacağımızı gözləyirdik. Amma bu cür hesabla yox. İkinci yarını yaxşı keçirdik və nəticədə qələbə qazandıq", - Yuşka dedi.
Onun sözlərinə görə, AZAL rəqibindən daha çox qələbə qazanmaq istəyirdi: "AZAL rəqibdən üstün idi. Yaranan vəziyyətlrədən istifadə etdik. Bəxtimiz gətirdi ki, ilk qolu vurduq. Əgər oyunda "İnter" hesabı açsa idi, kim bilir nəticə necə olacaqdı".
