18 oktyabr 2010 16:03
Kamran Ağayev yığmanın ən yaxşısı oldu
Azerisport.az saytında növbəti sorğu keçirldi. Bu dəfə oxucular "Azərbaycan millisinin heyətində kim daha yaxşı təsir bağışladı?" sualına cavab verdi. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti millimizin qapıçısı Kamran Ağayevi seçdi – səslərin 63% topladı. İkinci yerə isə kapitan Rəşad Sadıqov layiq görüldü – 20%. Digər nəticələr: Rahid Əmirquliyev, Mahir Şükürov, Vüqar Nadirov, Vaqif Cavadov – hamısı 3%, Saşa Yunisoğlu, "həç kəs" – 2%, Rauf Əliyev, "digər futbolçu" – 1%. Qeyd edək ki, sorğuda 584 nəfər səs verib.
