18 oktyabr 2010 00:02
Arif Əsədov: Neftçi nə etdisə, öz gücünə etdi
Azərbaycan "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Premyer-liqanın 9-cu turunda "Turan"-la keçirilən oyun barəsində (2:2) öz fikirlərini bildirdi.
"Bilirdik ki, gərgin oyun olacaq. Bəziləri deyirdi ki, "Turan" bu oyunu "Neftçi"-yə hədiyyə edəcək, amma gördüyünüz kimi, bu, belə olmadı. "Neftçi" nə etdisə, öz gücünə etdi. "Turan"-a qarşıdakı oyunlarda uğurlar arzu edirəm. Artıq bütün fikrimizi "Gəncə" ilə oyuna yönəltmişik. Azərbaycan çempionatları tarixində "Turan" və "Neftçi"-nin mübarizəsi həmişə gərgin olub", - azerisport.az PFL-ın rəsmi saytına istinadən xəbər verir ki, bunu Əsədovdedi.
Həmçinin "Turan"-ın məşqçisi Elxan Abdıyev də oyunla bağlı fikirləri ilə bölüşdü: "Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi. Bu da oyunun ağır keçməsinə müəyyən qədər təsir etdi. "Neftçi" çox yaxşı oyun göstərdi. Amma bizim futbolçuların da çoxu gənc olmasına baxmayaraq mübarizə apardılar. Fikrimcə nəticə oyuna görə oldu. "Turan"-la "Neftçi"-nin oyunlarında həmişə gərgin mübarizə olub. "Neftçi"-yə uğurlar arzu edirəm"
