18 oktyabr 2010 00:10

XL-ın Gəncə şoku, Neftçi`nin "klon"-ı və təcrübənin üstünlüyü – 9-cu turun icmalı

Bu gün Azərbaycan çempionatının 9-cu turun qalan oyunları keçirildi. Azerisport.az xəbər verir ki, liderlər "Neftçi" və "Xəzər-Lənkəran" klubları gözlənilməz nəticə qazanaraq, turnir cədvəlinin intriqasını daha da artırdı.

Ümumiyyətlə bu tur sürprizlərlə bol oldu. Misal üçün dünən AZAL "İnter"-i darmadağın etdi (5:0). Turun ikinci günün əsas "hədiyəsi" isə Gəncədə baş verdi. Artıq oyunun ilk dəqiqələrdən görünürdür ki, hər iki komanda qələbə istəyir və buna görə əlindən gələni edəcək. Görüş XL üçün yaxşı başladı. Artıq 5-ci dəqiqədə Doman hesabı qonaqların xeyirinə etdi – 0:1. Ancaq gəncəlilər təslim olmaq barəsində düşünmürdü. Əksinə, cəmi üç dəqiqədən sonra Junivan hesab arasındaki fərqi azaldır. Bu qoldan sonra isə üstünlük meydan sahiblərin əlinə keçdi. Nəticədə artıq ilk yarıdan sonra Lənkəran təmsilçi 3:1 hesabı ilə məğlub olur. İkinci hissədə də mənzərə dəyişmədi. Təbii XL daha da aktivləşdi, lakin "Gəncə" müdafiədə oturaraq hesabı qorumağa çalışmırdı. Ümumiyyətlə oyun hər iki komandanın hücumları altında keçirdi. Ancaq yavaş-yavaş gəncəlilər təşəbbüsü əlinə keçirə bildi və artıq oyunun son dəqiqəsində üçüncü topun müəllifi Allahquliyev hesabı XL üçün lap dəhşətli edir – 4:1. Mirça Rednikin komandasına nə oldu ki axı, komanda bu cür məlub oldu. 8 oyunda 1 top buraxan komanda, bir oyun ərzində qapısında 4 qol gördü. Doğrudanmı Kamran Ağayevin yoxluğu özünü bu qədər biruzə verir? Bəs yaxşı, Kamran baş bir kluba keçsə, o zaman necə olacaq? Bütövlükdə, XL heç də pis görsənmirdi, müdaifədə oturmurdu, hücum edirdi. Ancaq sonda nəsə alımırdı. Nəticə isə göz qabağında. "Gəncə" isə möcüzə etməyə davam edir. Komanda son iki oyunda 9 (!) qol vurub. Hələ nəzərə alsaq ki, "Gəncə" çempionatın debütantıdır, o zaman söyləmək olar ki, komanda əladan əla nəticə göstərir. Əlbətdə, qarşıda hələ çoxlu oyun var. Lakin hazırda gəncəlilər yalnız müsbət təsir bağışlayır.
 
Tovuz da isə digər bir gözlənilməz nəticə oldu. Yerli "Turan" Bakının "Neftçi" klubu qəbul edirdi. Oyun çox sakit başladı. Nə meydan sahibləri, nə qonaqlar ilk yarım saat ərzində bir dənə də olsun təhlükəli vəziyyət yarada bilməyib. "Ölü" oyuna baxmayaraq, 30-cu dəqiqədə Flavinyonun uzaq məsafədən endirdiyi zərbəsi qapıya daxil oldu – 0:1. Qoldan sonra komandalar aktivləşmək barəsində düşünmürdü. Ümumiyyətlə "Neftçi" bu qarşılaşmada heç özünə oxşamırdı. Sanki meydanda "neftçilərin" çox pis çıxmış klonu oynayırdı. Bunun məntiqi nəticəsi kimi 41-ci dəqiqədə Viktor Qonta hesabı bərabərləşdiri – 1:1. İlk yarı elə bu hesabla başa çatdı. İkinci hissədə isə "Neftçi" bir az canlandı. İlk təhlükə Ruslan Abışovdan gəldi. Ancaq onun zərbəsi qapıdan azacıq üstün keçdi. Bundan sonra isə səhnəyə Nəsimov çıxdı. Artıq iki oyun qol vurmayan özbək futbolçu bu dəfə azərkeşləri sevindirdi. 65-ci dəqiqədə o Qeorqiyevskinin ötürməsindən sonra hesabı yenidən Bakı təmsilçisinin xeyirinə edir – 1:2. Demək olardır ki, bu qoldan sonra "Neftçi" daha da aktivləşəcək, "Turan" isə müdafiədən çıxa bilməyəcək. Lakin əslində bunun tam əksi baş verdi. Tovuzluları rəqibə rahat nəfəs almaqa imkan vermirdi. Top ümumiyyətlə meydanın "Neftçi"-yə aid olan hissəsini tərk etmirdi. Xüsusən də son dəqiqələrdə. Faktiki olaraq "Turan" rəqibi öz qapısına sıxmışdır. Sonda Mitreski topu qapı xəttindən çıxararaq, komandasını 100-faizlıq qoldan xilas etdi. Və o vaxt ki, "neftçilər" qələbə onların olduğu sananda, gənc istedad, oyunun ən yaxşılarında biri Qiorqi Çedia hesabı yenidən bərabərləşdirir – 2:2. Bu oyunu turun ən dramatik görüşü adlandırmaq olardı. Əgər "Qarabağ" – "Simurq" qarşılaşması olmasa idi.
 
Ağdam və Zaqatala təmsilçiləri arasındaki baş tutan oyun ilk dəqiqədən xəbər verdi ki, görüş maraqlı alınacaq. Oyun başlayandan "Qarabağ" təşəbbüsü əlinə keçirmək istəyirdi. Lakin zaqatalalılar müdafiədə oturub, rəqibin hücumlarını izləmək niyyətində deyildilər. Əksinə ilk təhlükəli vəziyyəti məhz qonaq komanda yaratdı. Əvvəlcə Fərhad Vəliyev 35-metrəlik məsafədən göndərilən topu tuta bildi. Ancaq bundan sonra "Qarabağ"-ı qapı dirəyi xilas etdi. Və deyəsən bu məqam ağdamlıları oyatdı və onlar birinci hissənin sonuna qədər üstünlüyü tam olaraq əlinə keçirdi. Amma qol gəlmirdi. İkinci hissə başlıyandan cəmi 25 saniyədən sonra Baçana Sxadadze "Qarabağ"-ı məyus edə bilir – 0:1. Bu cür gözlənilməz qola baxmayaraq, meydan sahibləri ruhdan düşmədi və rəqib qapısına öz təzyiqini davam etdirdi. Və artıq 52-ci dəqiqədə Adamiya komandasına qol gətirir – 1:1. "Qarabağ"-ın hücumları bitmək bilmirdi. Ancaq "Simurq" elə bunu gözləyirdiki, rəqibi əks-hücumda tutsun və bunu edə bildi. Tofiq Mikayılov yenidən qonaqları hesabda irəliyə çıxarır – 1:2. Cəmi üç dəqiqədən sonra Rauf Əliyev yenidən "status-kvo"-nu bərpa edir. Və demək olardır ki, oyun bu hesabla da başa çatacaq. Lakin Rəşad Sadiqov buna imkan vermədi. Onun 87-ci dəqiqədə vurduğu qol komandasına bu dramatik oyunda qələbə qazandırdı. Nə demək olar. Yenə də təcrübə öz sözünü dedi. "Simurq"-u nədəsə günahlandırmaq olmur. Çünki komanda doğrudanda sona qədər mübarizə aparırdı. Sadəcə təcrübə... Təcrübə çatışmır. "Qarabağ"-ın isə yeganə nöqsanı var o da futbolçuların sayı ilə bağlıdır. Nəticədə nə qədər də komik və məntiqsiz görsənsə demək olar ki – "Qarabağ" üç xala layiqiydisə, "Simurq" azə bir xala layiq idi.
 
 
QARABAĞ – SİMURQ - 3:2
Sxadadze, 46 (0:1), Adamiya, 52 (1:1), Mikayılov, 74 (1:2), R.Əliyev, 77 (2:2), Sadiqov, 87 (3:2).
 
TURAN – NEFTÇİ - 1:2
Flavinyo, 30 (0:1), Qonta, 41 (1:1), Nəsimov, 65 (1:2), Çediya, 90 (2:2).
 
GƏNCƏ – XL - 4:1
Doman, 5 (0:1), Junivan, 8 (1:1), Zərgərov, 42 (2:1), Allahquliyev, 44 (3:1), 90 (4:1)
 
 
 
Komanda
O
Q
H
M
TF
X
1
Neftçi
9
6
2
1
17-4
20
2
XL
9
5
3
1
10-5
18
3
AZAL
9
5
2
2
14-6
17
4
İnter
9
5
1
3
7-8
16
5
Gəncə
9
3
5
1
15-9
14
6
Qarabağ
8
4
2
2
10-6
14
7
Qəbələ
9
4
1
4
8-7
13
8
Bakı
8
3
3
2
12-10
12
9
Muğan
9
2
3
4
6-9
9
10
Turan
9
0
4
5
7-15
4
11
MOİK
9
1
1
7
4-20
4
12
Simurq
9
0
3
6
7-18
3
 
Bombardirlər:
10 – Nəsimov (Nefçi)
6 – Yuşka (AZAL)
5 – Junivan (Gəncə)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.