18 oktyabr 2010 12:36

Rauf ƏLIYEV: "Altılığa" düşməsək, heçnəyə nail olmayacayıq

Ağdamın "Qarabağ" klubunun hücumçusu Rauf Əliyev Azərbaycan çempionatının 9-cu turu çərçivəsində "Simruq"-la oyundan sonra azerisport.az saytıma müsahibə verdi.

Yenə də "Qarabağ" rəqibini çətinliklə məğlub etdi.
Gözlənildiyi kimi çətin oyun keçirdik. Ümumiyyətlə çempionatda asan oyun yoxdur. Hər bir klub digər komandaya əngəl ola bilər. "Simurq"-la oyunda biz az qala xal itirəcəkdik. Yaxşı ki, son dəqiqələrdə artırtıq və iki qol vurduq. Bəli, "Simurq"-u çətinliklə məğlub edə bildik. Amma ən əsası üç xal qazandıq.
 
Türkiyə ilə görüşdən sonra Premyer-liqanın oyunlarına keçmək çətin deyil idimi?
Əlbətdə türklərlə oyundaki kimi tribunalar dolu deyil idi. Lakin gərginlik baxımından bu görüş Türkiyə ilə oyundan geri qalmırdı. İkinci hissə ümumiyyətlə bir ana keçdi. Mən isə öz növbəmdə şadam ki, qələbədə mənim əməlim də oldu.
 
"Qarabağ" hücuma keçəndə rəqibin əks-hücumlarını buraxırdı. İki topu məhz bu cür vəziyyətdən sonra buraxdınız.
İkinci hissənin əvvəlində vurulan qol bizi çox təəccübləndirdi. Yaxşı ki öz vəziyyətlərimizdən istifadə edə bildik. Əks halda məğlubiyyətdən qaça bilməyəcəkdik.
 
Qırağdan görünür ki, Ağdam klubu heç də yaxşı vəziyyətdə deyil...
Son vaxtlar bəzən oyun alınmır. Ola bilsin ki, bu ya yorğunluqdan, ya digər bir səbəbdən baş verir. Hələlik bəzi şeylər alınmır. Amma hesab edirəm ki, qələbələrlə oyunumuz da qayıdacaq.
 
Siz yorğunluqdan danışırsız, bəs gələn həftə necə olacaq? Axı qarşıda iki oyun olacaq. Onlardan biri də "Bakı" ilə təxirə salınmış görüşdür.
Oynayacayıq – nə alınsa alınacaq. Paytaxt təmsilçisinə qarşı oyuna mövsümün ən çətin qarşılaşmalarından biridir. Onarı məğlub edə bilsək, şanslarımızı artırmış olarıq.
 
Əks halda "altılığa" düşməklə bağlı çətiliklər yaranmayacaqmı?
Yüksək pillələr uğrunda mübarizə aparırıq. Və əgər "altılığa" düşə bilməsək, o zaman heçnəyə nail ola bilmərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.