19 oktyabr 2010 13:21
Joze Mourinyo Milan`la oyuna əhəmiyyət vermir
Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 3-cü turu çərçivəsində İtaliyanın "Milan" komandası ilə keçiriləcək oyun barəsində öz fikirlərini bildirdi.
"Bilmirəm Massimiliano Alleqri meydana beş və ya altı forvard buraxacaq. Bu mənim işim deyil. O istəsə 10 hücumçu da buraxa bilər. Ancaq Filippo İndzaqi çıxsa bizə daha çətin olacaq. İstəməzdim ki, o oynasın. Bu ÇL-də mənim 75-ci oyunumdur. Bu mənim üçün əhəmiyyətli deyil. Qrupdan çıxmaq üçün bizə doqquz və ya on xal lazımdır. Özümüzü rahat hiss edirik. Qələbə qazansak və ya qazanmasaq fərqi yoxdur – sabah onsuzda çərşənbə olacaq", - azerisport.az xəbər verir ki, bunu Mourinyo dedi.
Mənbə: Reuters
