19 oktyabr 2010 14:08
Mahir Şükürov: Zenit`lə görüş doğma meydanda keçirilməsə çətin olacaq
Maxaçqalanın "Anjı" klubunun azərbaycanlı futbolçusu Mahir Şükürov Rusiya Premyer-liqasının qarşıdaki turu çərçivəsində "Zenit"-lə oyun barəsində öz fikirlərini bildird. "Əgər görüş doğma meydanda keçirilməsə, "Zenit" kimi rəqibə qarşı oynamaq çətin olacaq. Bundan öncəki "Spartak"-la görüşdə faşist simvolikası ilə olan banner görməmişdim. Yalnız davanın şahidi oldum", - Şükürov azerisport.az saytına dedi.
Qeyd edək ki, Rusiya Futbol İttifaqı qərara alıb ki, oyun Maxaçqalada keçiriləcək.
