19 oktyabr 2010 15:31

Mahir ŞÜKÜROV: Komanda birinci qoldan sonra sındı

Azərbaycan yığmasının və Rusiyanın "Anjı" klubunun futbolçusu Mahir Şükürov azerisport.az saytına müsahibə verdi.

"Anjı" mövsümdə ən böyük hesablı məğlubiyyətlə üzləşdi – "Dinamo"-dan 0:4.
Deməzdim ki, biz pis oynadıq. Hakim qapımıza iki penalti təyin etdi, digəq qol isə rəqib cərimə zərbəsindən vurdu. "Dinamo"-da o qədər yaxşı görünmürdü, sadəcə öz fürsətlərindən istifadə etdi.
 
Birinci hissənin sonunda üç dəqiqə ərzində iki top buraxdınız. "Anjı"-yə nə oldu?
Yeri gəlmişkən hakim birinci penaltini təyin etməməli idi. Orada fol yox idi. Məncə komanda birinci qoldan sonra sındı.
 
Fasilədən sonra sizi əvəzlədilər. Oyununuz məşqçini qane etmədi?
Bilirsiniz, yığmanın heyətində iki çətin oyun keçirdim. "Dinamo" ilə qarşılaşmadan öncə mənə dedilər ki, gücüm çatan qədər oynayacam.
 
Hər halda Moskvaya siz yaxşı əhval-ruhiyyə ilə gəldiniz. Bakıdan qayıdışdan sonra sizi klubda necə qarşıladılar?
Hər kəsə və məşqçiyə təbriklərə görə təşəkkür edirəm. Çox xoş idi. Ümid edirəm ki, bu sonuncu dəfə yığmadan qələbə ilə qayıdışım deyil. Əgər bu dəfə də Maxaçqalaya məlubyyətlə gəlsə idim, bu lap biabırçılıq olacaqdı.
 
Moskva səfəri əhvalınızı korlamadı?
Əlbətdə. Lakin bu artıq geridədir. İrəlidə bizi ev oyunları gözləyir. Üç tur dalbadal ev oyunları olacaq – "Zenit", "Lokomotiv" və "Tom"-a qarşı.
 
Həmin görüşlərə qarşınızda konkret məqsəd qoyulub?
Bizdə bir məqsəd var – hər oyunda qələbə qazanmaq.
 
Yeri gəlmişkən, Türkiyə Supreliqasının son turunda Azərbaycan millisinin kapitan Rəşad Sadıqov "Eskişehirspor"-da debüt etdi. O görüş Sadıqovun komandasının xeyirinə bitdi. Aranızda zəngləşməmisiniz?
Dünən Rəşad mənə zəng vurdu, söhbət etdik. Öz növbəmdə onu birinci oyun və qələb ilə təbrik etdim.
 
Türkiyə üzərində qələbədən sonra futbolçularımızın xaricə getməyi söhbətləri daha da artıb. Siz özünüz xaricdə çıxış edirsiniz. Sizcə, kim bu səviyyədə çıxış edə bilər?
Elnur Allahverdiyeb. Onun bunun üçün lazımi xüsusiyyətləri var.
 
"Anjı"-də azərbaycanlı futbolçularla maraqlanmırlarki?
Hələ ki planlarda bu yoxdur.
 
Maxaçqalada yaşamağa alışmısınız?
Bəli. 10-11 aydır ki burada qalıram. Özümü evdəki kimi hiss edirəm. Bakı da heç də uzaq deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.