19 oktyabr 2010 16:30
Rəşad Sadıqov AVRO-2012-nin simvolik komandasının kapitanı seçilib
Sports.ru saytının bloqqeri Roman Krımovski AVRO-2012-nin son turun nəticələrinə görə keçmiş SSRİ yığmalarından simvolik komandanı tərtib edib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasını müdafiəçisi Rəşad Sadıqov da bura düşüb. Həmçinin Sadıqov bu simvolik yığmanın kapitanı seçilib. Bundan başqa komandada digər "azərbaycanlı" "Bakı"-nın və Moldovanın müdafiəçisi Aleksey Savinov da buraya daxil edilib.
