19 oktyabr 2010 16:53
"Runi bizə lazım deyil"
Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo hücumçu Ueyn Runinin İngiltərənin "Manchester United" komandasından mümkün gedişi barəsində öz fikirlərini bildirdi.
"Düşünmürəm ki, Runi "ManUnited"-i tərk edəcək. Əminəm ki, Ferqüson onu klubda qalmağa razı salacaq", - azerisport.az xəbər verir ki, bunu Mourinyo dedi.
Həmçinin portuqaliyalı mütəxəssis Runinin "Real"-a keçidi haqqında da danışdı: "Komandamızın hücum xəttində iki gözəl forvard var – Kriştiano Ronaldo və İquain. Onlar sübut etdi ki, mövsüm ərzində 60 qol vura bilirlər. Həmçinin Mesut Özil və Anxel di Mariya da onlara kömək edirlər. Runi isə gəlsə o zaman bir sual peyda olunur – kim gedəcək? Həmçinin klubda bir neçə gənc və istedadlı oyunçular da çalışır. Misal üçün Benzema kimi. Biz hücum xətti oyunçuları ilə yaxın on ilə təmin olunmuşuq".
Mənbə: Fourfourtwo
