19 oktyabr 2010 00:08
Runi ManUnited`dən qisas almaq istəyir?
İngiltərənin "Manchester City" klubu əzəli rəqibi olan "ManUnited"-in hücumçusu Ueyn Runini almaq istəyir. Azerisport.az xəbər verir ki, futbolçunu öz heyətində "Chelsea", "Real" və "Barcelona" kimi klublar görmək istəyir. Qeyd edək ki, "qırmızı şeytanların" baş məşqçisi ser Aleks Ferqüsonla baş verən münaqişəyə görə Runi artıq qış fasiləsi zamanı "Old Trafford"-u tərk etmək niyyətindədir. Və əgər o "ManCity"-yə keçsə bu onun hazırki komandasından qisas almağı kimi qiymətləndirə bilər.
Mənbə: The Daily Mirror
