20 oktyabr 2010 13:29
Vaqif CAVADOV: Heç kəsə heçnə sübut etməməliyəm
Azərbaycanın "Qarabağ" klubunun hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibə verdi.
Keçmiş komanda ilə oyna hazırlaşarkən hansı fikirlər ağıla gəlir?
Mənim üçün bu sadəcə vacib oyundur. Və bu oyunda biz qələbə qazanmalıyıq. Bu oyuna hər bir qarşılaşmaya olduğu kimi hazırlaşırıq.
Bəs "Qarabağ"-la oyun sizin üçün hansısa bir əhəmiyyətə malik deyil?
Xeyr. Mən orada heç kəsə heçnə sübut etməməliyəm. Bu sadəcə mənim keçmiş komandamdır. Orada çoxlu dostum var və mən onlara uğurlar arzulayıram. Ancaq qarşıdaki görüşdə qələbə qazanmaq üçün əlimdən gələni edəcəm.
"Bakı" "Qarabağ"-dan nə ilə fərqlənir?
Bütövlükdə bunlar fərqli komandadı. Burada müqayisə ediləsi heç bir şey yoxdur. Birində oyunçuları əksəriyyəti əcnəbilərdir, digərində – yerli futbolçular.
"Qarabağ"-da oyunçuları əksəriyyəti yerli futbolçulardır, paytaxt klubunda isə əksinə - əcnəbilər. Kiminlə oynamaq asandır?
Mənim üçün fərqi yoxdur. Əsas odur ki ümumi dil tapaq. Komanda yoldaşlarının haradan olması isə böyük bir əhəmiyyətə malik deyil.
Misal üçün "Twente"-də sizin dil əngəli var idi. "Bakı"-da bu cür problem yoxdurmu?
Mən öz ölkəmdəyəm və yaxşı olardırki onlar bizim dilimizi öyrənsin. Qoy onlar Azərbaycan dilini öyrənsin. Amma ingilis dilini özüm üçün öyrənirəm. Hələ ki ingilis olmamış olmamışam (gülür), ancaq irəliləyiş var.
Yeri gəlmişlən, holland klubu sizinlə maraqlanır?
Mənim holland dostlarım vaxtaşarı işlərimlə maraqlanır. Zəng vurub, soruşurlar ki, komandam necə çıxış edir.
Çoxları deyir ki, siz hələ də öz formanızı yığmamısınz?
Əlbətdə, optimal formamı hələ də yığmamışam. Lakin buna yaxınlaşıram. Klubum kimi. Biz artıq beş oyundur ki məğlub olmuruq. Və qarşıdaki görüşdə də qələbə qazanmaq niyyətindəyik.
