20 oktyabr 2010 13:42
Azərbaycan FİFA reytinqində tarixində ən yaxşı nəticəni əldə edib
Azərbaycan millisi FİFA-nın yığma komandaların oktyabr ayına olan reytinqində 91-ci pilləyə yüksəldi. Azerisport.az xəbər verir ki, Türkiyə yığması üzərində əldə olunan qələbədən sonra komandamız 74 xal toplayaraq, 11 pilləyə yüksəltdi. Qeyd edək ki, bu Azərbaycanın tarixində əldə etdiyi ən yaxşı nəticədir.
