20 oktyabr 2010 14:12
"Bakı ilə bizi çətin oyun gözləyir"
Ağdamın "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev Azərbaycan çempionatının 4-cü turun təxirə salınmış "Bakı" ilə oyundan öncə azerisport.az saytına öz fikirlərini bildirdi. "Bu görüşdən üç xal gözləyirik. Lakin ilk növbədə bizi çətin oyun gözləyir. "Bakı"-nın hazırda olan bütün müsbət və mənfi cəhətlərinə baxmayaraq o ciddi rəqibdir. Heçnəyə baxmayaraq "Bakl" vacib oyunlara lazımi hazırlaşır", - Vəliyev dedi.
