20 oktyabr 2010 14:31
"İmparator" Galatasaray`a qayıdır
Türkiyənin "Galatasaray" klubunun rəhbərliyi komandanın baş məşqçisi vəzifəsinə Fatih Terimə dəvət edir. Azerisport.az xəbər verir ki, klub rəsmiləri ötən gecə "Galatasaray" və Türkiyə millisinin sabiq çalışdırıcısına rəsmi təklif irəli sürüb. Lakin Terim Raykaardın hələ ki klubun başında olması səbəbilə təklifi müsbət cavablandırmayıb. Məlumata görə, hollandiyalı ilə yolların rəsmən ayrılmasından sonra Terim keçmiş klubunun başına keçməyə razıdır.
Mənbə: fanatik.com.tr
