20 oktyabr 2010 15:15
İngilis qrandı İspaniya yığmasının hücumçusu ilə maraqlanır
İngiltərənin "Manchester United" klubu İspaniya yığmasının və "Atletico" komandasının hücumçusu Fernando Lyorenteni almaq niyyətindədir. Azerisport.az xəbər verir ki, ispaniyalı forvard "qırmızı şeytanların" baş məşqçisi Aleks Ferqüsonun oğlu Martinlə danışığlar zamanı görünüb.
Qeyd edək ki, MU 25-yaşlı futbolçuya görə 36 milyna avro təklif edir. Həmçinin Lyorente ilə "Real" və "Barcelona" da maraqlanır.
