20 oktyabr 2010 15:57
Qurban Qurbanov: Abbasovun və Medvedevin yoxluğu bizim üçün ağır itkidir
Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Bakı" ilə oyundan öncə azerisport.az saytına öz fikirlərini bildirdi. "Mövsümü çox tez başladıq. Zədə və yığmanın oyunlarına görə hələ də optimal heyətlə oynaya bilmirik. Buna görə də lazımi fomanı yığa bilmirik. Lakin bu problemlər demək olar ki geridədir. Bu görüşdə qələbə bizə də lazımdır. Əlbətdə, Samir Abbasov və Maksim Medvedevin yoxluğu bizim üçün ağır itkidir. Lakim irəliyə baxmalıyıq. Bu görüşdə bizə nəticə vacibdir", - Qurbanov dedi.
