20 oktyabr 2010 17:57
XL-nın baş məşqçisi Dinamon`un əfsanəvi futbolçular siyahısına düşdü
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik Buxarest "Dinamo"-sunun ən yaxşı futbolçularından biri kimi tanındı. Azerisport.az XL-ın rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanın nüfuzlu idman mətbu orqanı olan "Gazeta Sporturilor" Buxarestin "Dinamo" və "Steaua" klublarının tarixlərində ən güclü oyunçularından ibarət heyətlər tərtib edib. "Dinamo"-nun 11 ən yaxşı futbolçuları sırasında Mirça Rednik də yer alıb. Onunla birgə həmin siyahıda Donetsk "Saxtyor"-unun baş məşqçisi Mirça Luçeskunun da adı çəkilir.
