20 oktyabr 2010 18:47
Vinfrid Şefer: Bu cür oyundan sonra dəyişikliklər etməyin vaxtı gəlib
Azərbaycanın "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer "Qarabağ"-la oyun barəsində (0:2) öz fikirlərini bildirdi. "Nəticə ilə razı deyiləm. MOİK üzərinidə qələbədən sonra hesab edirdik ki, "Qarabağ"-la daha yaxşı oyun göstərəcəyik. Bu cür oyundan sonra dəyişikliklər etməyin vaxtı gəlib. Əgər komanda qələbə qazanmaq istəyirsə, mübarizə aparmalıdır. Futbolçular maaşlarını öz oyunu ilə ödəməlidir. Azərkeşlərin çağırışına cavab vermək istəmirəm", - azerisport.az xəbər verir ki, bunu Şefer dedi.
