21 oktyabr 2010 13:31

Rahid Əmirquliyev komandasının tarixinə düşdü

Azərbaycan Premyer-liqasının 9-cu turu Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olub. Azerisport.az "Xəzər-Lənkəran" klubunun rəsmi saytına istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasında ilk dəfə komandanın kapitanı kimi meydana çıxıb. O, XL-ın tarixində kapitan sarğısı ilə meydana çıxan 16-cı futbolçu kimi düşüb.

Buna əsas kapitan – qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən  cəzalandırılması səbəb olub. Məhz onun yoxluğunda məsuliyyət Rahidə tapşırılıb. Qeyd edək ki, XL-ın tarixində (bütün rəsmi yarışlar) 235 oyun olsa da bunların biri baş tutmayıb və komandaya "Şəfa" ilə matçda (2004/05 mövsümü) texniki qələbə verilib. Digər 234 qarşılaşmada isə ən çox kapitan sarğısını daşıyan Mahmud Qurbanov olub.
 
 
XL-ın kapitanları:
1                 Mahmud Qurbanov       59
2                    Kamran Ağayev          46
3                       Emin Quliyev            25
4                       Samir Əliyev             24
5                   Zaur Ramazanov         23
6                 Dmitri Kramarenko       19
7                        Arif Əsədov              14
8                    Elmar Baxşıyev           10
9                  Bəxtiyar Musayev           4
10-12           Alim Qurbanov              2
                  Füzuli Məmmədov           2
                     Junior Osvaldo              2
13-16      Aleksandr Martyoşkin       1
                   Ədəhim Niftəliyev            1
                   Rəşad Abdullayev           1
                   Rahid Əmirqulıiyev         1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.