21 oktyabr 2010 13:53
Qiorqi ADAMIYA: Futbolun səviyyəsini yalnız pulla qaldırmaq olmaz
Azərbaycanın "Qarabağ" klubunun hücumçusu Qiorqi Adamiya ölkə çempionatının təxirə salınmış 4-cü turun Bakı ilə oyundan sonra (2:0) azerisport.az saytına müsahibə verdi.
Qələbə asan alındı yoxsa bu ilk baxışdan belə görsənir?
Gözlənilirdi ki, çətin olacaq. Amma açığı deyim belə də alındı. Biz üç gün əvvəl "Simurq"-la görüş keçirdik, rəqibimiz isə öz oyununu şənbə günü keçirib. Biz aqressiv hücum edirdik, topu yaxşı saxlayırdıq. Üstünlüyümüzdən məharətlə istifadə edərək, iki qol vurduq. Rəqibimizə oyunu xilas etməyə real imkan vermədik. Hesab edirəm ki, uğurlu çıxış etdik və layiqli qələbə qazandıq. Əsas məqsədimizi yerinə yetirərək, turnir cədvəlində yüksəldik.
Uğursuz oyunlardan sonra "Qarabağ"-ın futbolçuları yorxunluğa şikayətlənirlər. Ancaq "Simurq"-la çətin oyundan sonra yorğunluğun sanki heç izi də yox idi.
Yığmanın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunları zamanı bir-iki gün istirahət edə bildik. Və bu görüşdə yorğunluq o qədər də hiss olunmurdu.Bu məcrada davam etsək, daha yaxşı oynayacayıq.
Şəxsən sizin üçün "Bakı"-nın qapısına iki qol vurmağınız nə məna daşıyır?
Bu görüşdə iki qol vuraraq, komandama qələbə qazanmağa kömək etməyimdə şadam. Hər bir qoluma bu cür sevinirəm. "Bakı"-ya vurduğum qollarım isə heç bir xüsusi əhəmiyyətə malik deyil. Nə olsunki, burada bir il oynamışam? Qol vurmağa hansısa bir xüsusi niyyətim yox idi. Mənim üçün bütün rəqiblər eynidir.
Qələbə "Qarabağ"-ı liderlər qrupuna yaxınlaşdırdı.
Mübarizəni davam etdiririk. Mövsümün əvvəlində bir neçə uğursuz oyun keçirdik. Bundan sonra bəziləri hesab etdi ki, biz heçnəyə nail ola bilməyəcəyik. Amma gördüyünüz kimi biz mübarizəni aparırıq.
Güc çatacaq?
Ən azı məqsədimiz belədir ki, biz oynamalıyıq.
Növbəti dəfə favoritlərin oyunu boş tribunalar qarşısında keçirildi. Plastik oturacaqlar üçün oynamaqdan bezməmisinizmi?
Açığı deyim, bu hər dəfə mənim əhvalımı pozur. Futbol azərkeşlər üçündir. Onlar isə hər dəfə çox az gəlir. Çoxlu sayda tamaşaçı qarşısında oynamaq istərdim. Çünki futbolun səviyyəsini yalnız pulla qaldırmaq olmaz. Bu oyuna maraq da olmalıdır.
Sizin üçün dolu tribunalar nədir?
Nəinki mənim üçün, bütün futbolçulara bu böyük məhsuliyyət, gözəl futbol oynamağa istək yaradır. Azərbaycana altı il əvvəl gəldikdə stadionlara gələnlərin sayı indidən daha artıq idi. "Neftçi"-nin oyunlarına xeyli adam gəlirdi. "Xəzər-Lənkəran" və "Turan" klubları ilə oyunlar 20-25 min azərkeş toplayırdı. İndi isə 500-1000... Oyunlara gələnlərə təşəkkür edirəm. Ancaq yenə də - bu çox azdır.
