21 oktyabr 2010 17:06
Сanlı futbol əfsanəsi Galatasaray`ın baş məşqçisi oldu (YENİLƏNDİ)
Hollandmütəxəssis Frank Raykaardla yolları ayırmış "Galatasaray" klubunun baş məşqçisi vəzifəsinə daha bir namizədin adı çəkilir. Azerisport.az Goal.com-a istinadən xəbər verir ki, bu namizəd "cim-bom" azərkeşlərin sevimlisi, rumıniyalı əfsanə Qeorqi Hacidir. Rumıniya yığmasının keçmiş futbolçusu "Galatasaray"-ın heyətində 1996-2001-ci illərdə çıxış edib. Komanda ilə birgə o dörd dəfə Türkiyə çempionu adını, bir dəfə isə UEFA Kubokunu qazanıb.
Reuters agentliyinin məlumatına görə, Haci İstanbul təmsilçisinin baş məşqçisi olmağa razılığını verdi. Haci "Galatasaray"-la müqaviləni bu gün imzalayacaq.
