21 oktyabr 2010 16:01
Messi daha bir nailiyyət əldə etdi
İspaniyanın "Barcelona" klubunun hücumçusu Lionel Messi komandanın keçmiş hücumçusu Rivaldonun nailiyyətini təkrarlayıb. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasında "Barca" ilə "Copenhagen"-in qarşılaşmasında iki qol dəfə fərqlənən ulduz klubun heyətində beynəlxalq turnirlərdə vurduğu qolların sayına görə Rivaldoya çatıb. İndi hər 2 futbolçunun aktivində 31 qol var. Qeyd edək ki, Messinin 31 qolundan dördü hazırki yarışda vurulub.
Mənbə: Marca
