21 oktyabr 2010 17:31
"Ötən oyunda buraxdığımız səhvləri təkrarlamayaq"
Bakının "Neftçi" klubu Premyer-liqasında "Gəncə" ilə oktyabrın 23-də keçiriləcək oyunun hazırlığını davam etdirir. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, bu çətin qarşılaşmadan əvvəl "Neftçi"-nin təcrübəli müdafiəçisi İqor Mitreski həm "Turan"-la son turun oyunu, həm də qarşıdan gələn görüş haqda öz fikirlərini bildirib.
"Gəncə" ilə oyuna ciddi hazırlaşırıq. Hamı bu görüşün vacib olduğunu anlayır. Çünki "Qarabağ" "Bakı"-nı məğlub etməklə turnir cədvəlində bizə daha da yaxınlaşıb. "Gəncə" ilə qarşılaşmada üç xal qazanmaqla turnir cədvəlinin zirvəsində daha da möhkəmlənə bilərik. Klubda əla atmosfer var, ümid edirəm ki, özümüzü toparlayıb "Gəncə"-ni məğlub edəcəyik. Əsas odur ki, ötən oyunda buraxdığımız səhvləri təkrarlamayaq. Yeri gəlmişkən, "Turan"-la görüşdə meydançanın bərbad vəziyyətdə olması oyunumuza təsirsiz ötüşmədi. Lakin keçmişi unudub irəli baxmalıyıq" - makedoniyalı futbolçudedi.
