21 oktyabr 2010 00:03

Qarabağ`ın yüksəlişi və Bakı`nın sual doğuran oyunu

Bu gün Azərbaycan çempionatının 4-cü turun təxirə salınmış oyunu keçirildi. Azerisport.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu "Bakı" ilə qarşılaşdı.

Qurban Qurbanovun yetirmələri oyuna daha fəal başladı. "Bakı" isə sanki "yatmışdır". Yenə də paytaxt komanda qeyri-stabilliyini nümayiş etdirdi. Yenə də xəttlər arası əlaqə çox pis durumda idi. Son MOİK`lə oyunda demək olardır ki, "Bakı" özünə gəlir və ağdamlılarla oyunda biz doğrudanda əsl futbol görəcəyik. Ancaq bu belə olmadı. Artıq ilk dəqiqələrdən "Qarabağ" təşəbbüsi əlinə keçirərək, hücum edirdi. İlk yarıda ümumiyyətlə o qədər də çoxlu təhlükəli vəziyyət yaranmırdı. Amma nə olurdusa bu ağdamlıların işi nəticəsində baş verirdi. "Bakı" isə birinci hissədə heçnə ilə yadda qalmadı. İlk yarının məntiqi nəticəsi kimi 25-ci dəqiqədə Adamiya oyunda hesabı açır: müdafiəçiləri və qapıçını arxada qoyaraq, topu çox da güclü olmayan ancaq gözəl zərbə ilə keçmiş komandasının qapısına göndərdi – 1:0. Bundan sonra da paytaxt təmsilçisi oyanmadı. Ümumiyyətlə "Bakı"-nın oyunu heç alınmırdı.Xüsusən hücuma meyilli oyunçularda. Və xeyli sualları gündəmə gətirirdi. Misal üçün, taktika haradadır? Deyəsən Jabanın yoxluğu komandaya çox pis təsir edir. Deməli, braziliyalının cəzası dörd oyundan iki oyuna kimi azaldılması "Bakı" üçün müsbət bir haldır. İkinci hissədə də təxminən eyni ssenarinin şahidi olduq: üstünlük "Qarabağ"-ın tərəfində, "Bakı" isə oyununu qura bilmir. Düzdür ikinci 45 dəqiqədə paytaxt komandası bir az artırdı və daha fəal oynamağa başladı. Ancaq nəticəsiz. 66-cı dəqiqədə yenidən Adamiya və yenidən qol – 2:0. Bundan sonra isə oyunda demək olar ki heç bir maraqlı bir şey baş verdi. Yalnız tribunalarda baş verdi. Deyəsən Bülənt Korkmazın tarixi təkrarlanır: görəsən bu dəfə də belə olacaqmı? Hər halda "Bakı"-nın azərkeşləri tərəfindən "İstefa! İstefa!" səsləndirilməsi bunu göstərir ki, komandanın göstərdiyi oyundan heç kim razı deyil (rəqiblərdən başqa).
 
"Qarabağ"-a gəldikdə isə, bu komdanda öz "ziqzaq" yolunu davam etdirir. Gah komanda inamlı qələbə qazanır, gah tam əksinə olaraq, inamsız oyun göstərərək, məğlub olur.
 
Faktiki olaraq müdafiənin yarsı təcrübəsi olmayan oyunçulardır, üstə gəl Samir Abbasovun da yoxluğu ağdamlıların onsuz da uzun olmayan ehtiyyat skamyasına zərbə vurur. Lakin bütün bunlara baxmayaraq, "Qarabağ" qələbə də qazana bildi, gözəl oyun da sərgilədi. Qarşıdaki qörüşdə Qurbanovun yetirmələri necə oyun göstərəcəyini əvvəlcədən demək çox çətindir.
 
Və əlavə edək ki, "Qarabağ"-ın bu qələbəsi ona 4-cü pilləni tutan "İnter"-i keçməyə imkan verdi. Hazırda komanda AZAL-la birgə 17 xala malikdir, lakin top fərqinə görə ağdamlılar hələ ki 4-cü pillədədir.
 
Qarabağ – Bakı – 2:0
Qollar: Adamiya (25, 66)
 
Turnir cədvəli:
 
Komanda
O
Q
H
M
 TF
X
1
Neftçi
9
6
2
1
17-4
20
2
XL
9
5
3
1
10-5
18
3
AZAL
9
5
2
2
14-6
17
4
Qarabağ
9
5
2
2
12-6
17
5
İnter
9
5
1
3
7-8
16
6
Gəncə
9
3
5
1
15-9
14
7
Qəbələ
9
4
1
4
8-7
13
8
Bakı
9
3
3
3
12-12
12
9
Muğan
9
2
3
4
6-9
9
10
Turan
9
0
4
5
7-15
4
11
MOİK
9
1
1
7
4-20
4
12
Simurq
9
0
3
6
7-18
3
 
Bombardirlər:
10 – Nəsimov (Nefçi)
6 – Yuşka (AZAL)
5 – Junivan (Gəncə), Adamiya (Qarabağ)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.