21 oktyabr 2010 00:20
Arif Əsədov: Xal itirməyə haqqımız yoxdur
Azərbaycanın "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov "Gəncə" ilə oyundan əvvəl fikirlərini bildirib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis zədəli Rail Məlikovdan başqa 25 futbolçunun qarşılaşmaya hazır olduğunu söyləyib."Gəncə" ilə oyuna ciddi hazırlaşırıq. Rail Məlikovdan başqa bütün futbolçular qarşılaşmaya hazırdır. "Turan"-la görüşdən sonra xal itirməyə haqqımız yoxdur. "Gəncə" Premyer-liqaya bu ildən qoşulsa da, artıq güclü komanda kimi formalaşıb. Bundan irəli gəlir ki, rəqibimiz son üç oyunda qalib gəlib. Bununla belə, "Gəncə"-ni məğlub edəcəyimizə inanıram".
