21 oktyabr 2010 12:44
Raul ÇL-ın rekordunu təzələyərək, tarixə düşdü
Almaniyanın "Schalke-04" klubunun hücumçusu Raul öz adını dünya futbolunun tarixinə yazdı. Azerosport.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Hapoel"-lə oyunda (3:1) vurduğu iki qol əfsanəvi Qerd Mülleri qabaqladı. Raul avrokuboklarda 69 qol vurub (68-ni ÇL-də, birini isə Avropa Superkuboku oyununda), Müllerin hesabında isə 68 qol var. Maraqlıdır ki, ispaniyalı futbolçu 67 topunu Madridin "Real" komandasının heyətində vurub.
Forvardın sözlərinə görə, o bu rekorda heç fikir də verməyib: "Açığı deyim ki, bu rekorda imza atdığımı yalnız oyun başa çatandan sonra bildim. Həmişə hesab etmişəm ki, mənim qollarım komandanın səylərin nəticəsidir. Əsas odur ki, lazım olan qələbəni əldə etdik".
Mənbə: Reuters
