22 oktyabr 2010 13:04
Millimizin üzvü oğurluq edərkən yaxalandı
19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Abdulla Abastiyev oğurluq edərkən yaxalanıb. Azerisport.az xəbər verir ki, hadisə millimiz Avropa çempionatının seçmə mərhələsi öncəsi U-19-un təlim-məşq toplanışında olduğu İspaniyanın Xerez şəhərində baş verib. Mağaza işçiləri dərhal hadisə yerinə polis çağırmaq istəsələr də, millimizin üzvləri çətinliklə də olsa, onları sakitləşdirə biliblər. Günahkar isə oğurluq etmək istəmədiyini, sadəcə olaraq məşqçi çağırdığına görə küçəyə çıxdığını deyib.
