22 oktyabr 2010 13:50
Marko Şarliya: Belə oyuna görə utanıram
Bakının əsas qapıçısı Marko Şarliya komandasının Qarabağa qarşı keçirdiyi son oyununa münasibət bildirib. Xorvatilayı qaolkiper azerisport.az-a verdiyi açıqlamada bərbad çıxışa görə utandığını bildirib:
“Sonuncu oyuna görə utanıram. Komanda yoldaşlarım da eyni hissləri keçirir. Çünki bu bizim günahımızdır. Yaxşı heyətimiz var, rəhbərlik də bizim üçün hər cür şərait yaradıb. Bizə isə yalnız gözəl oyun sərgiləyib, nəticə qazanmaq qalır”.
