22 oktyabr 2010 14:06
Bakının sabiq məşqçisi Qarabağda çalışacaq
Tezliklə Qarabağın məşqçilər korpusuna daha bir mütəxəssisin adı əlavə olunacaq. Azerisport.az xəbər verir ki, 2009-cu ildə Bakı klubu ilə ölkə çempionu adını qazanan makedoniyalı Borçe Xristov yaxın zamanda məhz Ağdam klubunun uğurları üçün çalışacaq. Makedoniyalı mütəxəssisin qarşıdakı günlərdə ölkəmizə gələcəyi gözlənilir.
Xristova qədər isə iki müxtəlif vaxtda Bakıda çalışmış Çudomir Çakarov da bu mövsümdən Qarabağda işləyir.
