22 oktyabr 2010 15:57
Bakının müdafiəçisi sıradan çıxdı
Bakının müdafiəçisi Dari Nibombe sıradan çıxıb. Azerisport.az xəbər verir ki, Qarabağla oyunda zədələnərək meydandan çıxan toqolu müdafiəçinin burnunun iki yerdən sındığı məlum olub. Bu səbəbdən Nibombe həftə sonu İnterə qarşı keçiriləcək matçda oynaya bilməyəcək. Toqolu yalnız 10 gündən sonra komandayla birgə məşqlərə başlayacaq.
