22 oktyabr 2010 16:12
“Xəzər-Lənkəran oyuna qədər tam hazır olacam”
Qarabağın yarımmüdafiəçisi Emin İmaməliyev Xəzər-Lənkəranla oyuna qədər hazır olacaq. Azerisport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Qarabağın rəsmi saytına verdiyi açıqlamada özü bu haqda məlumat verib:
“Bakıyla oyuna yaxşı başlamışdıq. Mənim oyunum da yaxşı alınırdı. Amma epizodların birində əzələmdə ağrı hiss etdim. Ona görə də əvəzlənməyimi istədim. Allaha çox şükür ki, həmin oyunda qələbə qazandıq. Zədəm elə də yadıma düşmədi. Müayinə zamanı məlum oldu ki, əzələ dartılması var. 2 gün istirahət etdim. Bu gündən yüngül qaçışa başlayıram. Muğanla oyunda iştirak etməyim sual altındadır. Tam hazır şəkildə oyuna çıxmaq istəyirəm. İnşallah, Xəzər-Lənkəran`la oyuna tam hazır olacam”.
