22 oktyabr 2010 16:41
Vinfrid Şefer: Mənə meydanda vuruşan futbolçu lazımdır
Srağagün ölkə çempionatının oyununda Qarabağa məğlub olan Bakı klubunun məşqçisi Vinfrid Şefer növbəti turda İnterə qarşı keçiriləcək qarşılaşmada ciddi dəyişikliklər edəcək. Bu haqda almaniyalı mütəxəssis Azersiport.az-a verdiyi açıqlamada deyib:
“Xəzər Lənkəran və MOİK-lə oyunlarda futbolçuların göstərdiyi əzmkarlıq bizi yanıltdı. Halbuki biz doğru yolda olduğumuzu düşürdük. Görünür belə deyilmiş. Futbolçular anlamalıdırlar ki, meydanda vuruşmadan qələbə qazanmaq qeyri-mümkündür. İnterlə oyunda heyətdə ciddi dəyişikliklər olacaq. Artıq başqa yol tutmalıyıq. Mənə meydanda vuruşan futbolçu lazımdır”.
