22 oktyabr 2010 20:22
Xəzər Lənkəran öz meydanında uduzdu
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 10-cu turun üç oyunu keçirilib. Azerisport.azxəbər verir ki, Neftçi Gəncəylə, Qəbələ isə AZALla ev oyununda xal itkisinə məruz qaldığı halda, səfərdə Xəzər Lənkəranı məğlub edən Turan turnir cədvəlində liderliyini möhkəmlədib.
Qəbələ-AZAL - 1:1
Rəhman Musayev, 90+1-pen. - Emin Ağaməmmədli, 45+2.
Xəzər Lənkəran - Turan - 0:2
Qalib Əmrahov, 27. Rəşad Piriyev, 85-pen.
Neftçi - Gəncə - 0:0
