22 oktyabr 2010 20:38
Abşeron qarşısıalınmazdır
Bu gün birinci divizion komandaları arasında təşkil olunan Azərbaycan çempionatında 5-ci turdan təxirə salınmış bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Anşad-Petrolu qəbul edən Abşeron rəqibini Timur Dadaşov və Azər Cabbarovun qolları ilə 2:0 hesabı ilə məğlub edib. Keçirdiyi yeddinci oyunda da meydanı xal itirmədən tərk edən Abşeron liderliyi daha da möhkəmlədib.
