22 oktyabr 2010 11:47
Şefer Bəxtiyar Soltanovu əvəzedici heyətə göndərdi
“Bakı”nın baş məşqçisi Vinfrid Şefer “Qarabağ”a məğlubiyyətdən sonra heyətdə islahatlara başlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı məşqçi artıq Bəxtiyar Soltanovu əvəzedici heyətə göndərib. Gənc forvard bu gün “Şəfa” stadionunda əvəzedici heyətlə birgə məşqdə iştirak edib.
Sabah “Bakı”nın əvəzediciləri növbəti tur çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq. Bəxtiyarın bu matçda meydana çıxacağı gözlənilir.
