22 oktyabr 2010 00:11
Qvardiola Messini satmağa hazırdır
İspaniyanın "Barcelona" klubunun baş məşqçisi Xosep Qvardiola bəyan etdi ki, komandanın arqentinalı forvardı Lionel Messini 250 milyon avroya buraxmaq hazırdır.
"Əgər "Inter"-in baş məşqçisi Massimo Moratti 250 milyon avro ödəsə və Messi getməyə istəsə, o zaman bu barədə danışmaq olar. Amma mənə elə gəlir ki, Leo bizi tərk etmək niyyətində deyil. Ancaq son söz futbolçunundur", - azerisport.az xəbər verir ki, bunu Qvardiola dedi.
Xatırladaq ki, daha öncə Moratti arqentinalı futbolçunu komandasına dəvət etmək niyyətində olduğunu demişdir.
Mənbə: Football Italia
