22 oktyabr 2010 12:21
Neftçinin məşqçisi Bunedkorun oyununda
Hazırda ölkə çempionatının lideri olan Neftçi klubu qışda heyətini gücləndirmək fikrindədir. Azerisport.az xəbər verir ki, artıq bu məqsəldə paytaxt klubunun məşqçisi Bəxtiyar Musayev Özbəkistana səfər edib. Musayev orada olduğu müddətdə məşhur Bunedkor klubunun ölkə çempionatı çərçivəsində keçirdiyi oyunları izləyir.
