22 oktyabr 2010 12:32
Qarabağ Muğan önünə İmaməliyevsiz çıxacaq
Bakı ilə qarşılaşmada zədələnərək oyunu yarımçıq tərk edən Qarabağın üzvü Emin İmaməliyev qarşıdakı matçda komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçunun əzələsi dartılıb. Bu səbəbdən də İmaməliyev həftə sonu Muğana qarşı keçiriləcək oyunda forma geyməyəcək.
