23 oktyabr 2010 22:11
Toni Adams: Bir xal qazandığımız üçün razıyam
Azərbaycanın "Qəbələ"klubunun baş məşqçisi Toni Adams komandasının ölkə çempionatının 10-cu turu çərçivəsində AZAL`la keçirilmiş görüşdən (0:0) razı qaldı. "Bir xal qazandığımız üçün razıyam. AZAL nəyə qadir olduğuna bələd idik. Hava şəraiti hücumda oyunumuzu korladı. Amma bütövükdə, müdafiəçilərimiz yaxşı oynadılar", - azerisport.az xəbər verir ki, bunu Adams dedi.
