23 oktyabr 2010 22:48
Mirça Rednik: Bu qələbə çox vacib idi
Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik ölkə çempionatının 10-cu turu çərçivəsində "Turan"-la keçirilmiş oyun barəsində (2:0) öz fikirlərini bildirdi. "Ötən turdakı məğlubiyyətdən sonra qələbə qazanmaq çox vacib idi. Qələbə qazanmasa idik, komandanın heyətində vəziyyət gərginləşə bilərdi. Lakin yaranan təhlükəli vəziyyətlərdən pis istifadə olunması məni narahat edir. "Turan" komandasının baş məşqçisini təbrik edirəm. Onlar müdafiədə oturmadı, əksinə, mübarizə aparırdı", - azerisport.az xəbər verir ki, bunu Rednik dedi.
