23 oktyabr 2010 21:09

Neftçi liderliyini qoruya bildi (YENİLƏNDİ)

Bu gün keçirilən 3 oyunla Azərbaycan Premyer Liqasında 10-cu tura start verildi. Azerisport.az xəbər verir ki, yarışın lideri "Neftçi" öz meydanında son turların sürpriz komandası olan "Gəncə"-ni qəbul edəcək. Bu görüşdə azarkeşləri gərgin mübarizənin gözlədiyini qeyd etmək olar. "Neftçi" son turda Tovuz səfərindən 1 xalla döndüyü üçün bugünkü qarşılaşmada itirdiyi xalları sığortalamalıdı. Əks halda ağ-qaralar liderliyi əldən verə bilər. "Gəncə" isə səfər sindromundan qurtulmağa çalışacaq. Evdə "İnter" və "Xəzər Lənkəran" kimi iddialıları xalsız qoyan qərb təmsilçisi bu dəfə çempionluq iddiasında olan daha bir rəqibi məyus etməlidir. Lakin "Gəncə"-nin işi heç də asan olmayacaq. Meydan və azarkeş amilindən başqa gəncəlilər həm də aparıcı oyunçularından olan Ramal Hüseynovun da xidmətindən yararlana bilməyəcək. 

"Neftçi"-nin xal itirməsini gözləyən "Xəzər Lənkəran" "Turan"-a qalib gələcəyi və paytaxtdan xoş xəbər alacağı halda zirvəyə çıxacaq. Cənub klubu ötən turdakı böyükhesablı yenilginin təsadüf olduğunu sübut etmək üçün mütləq qələbə qazanmalıdır. "Turan" isə əksinə Neftçinin ardınca daha bir iddialı kollktivə badalaq vurmağa çalışacaq.

Turun açılış matçında isə son turlar uğurlu nəticə qazanan iki kollektiv - "Qəbələ" və AZAL qarşılaşacaq. İlk 3 turda xalsız qalan Toni Adamsın yetirmələri sonradan toparlanmağı bacardı. Əyalət təmsilçisi ardıcıl dördüncü oyunda da qələbə qazana bilsə, o zaman rəqibi ilə xal fərqini minimuma endirəcək. AZAL da səfərdən uğurlu nəticə ilə ayrılmaqla "İnter" üzərində böyükhesablı qələbənin təsadüf olmağıdığını isbatlamalıdı.

Turun daha 3 oyunu isə sabah keçiriləcək. 
 
23 oktyabr (şənbə)
15:00 Qəbələ - AZAL - 0:0
17:00 Neftçi - Gəncə - 6:2
17:00 Xəzər Lənkəran - Turan - 2:0
 
24 oktyabr (bazar)
13:00 MOİK - Simurq
15:00 Muğan - Qarabağ
18:00 İnter - Bakı

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.