23 oktyabr 2010 11:43
Mahir Şükürov vətənə döndü
Milli komandamızın və Rusiyanın Anji klubunun üzvü Mahir Şükürov vətənə dönüb. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu xəstələndiyi üçün həftə sonu Rusiya Premyer Liqası çərçivəsində Zenitə qarşı keçiriləcək oyunda forma geyə bilməyəcək. Bu imkandan yararlanan Şükürov bir neçə günlük vətənə baş çəkmək qərarına gəlib.
