23 oktyabr 2010 11:59
“Neftçi`nin iki üstünlüyü var”
Bu gün Azərbaycan Premyer Liqasının X turu çərçivəsində səfərdə Neftçi ilə qarşılaşacaq Gəncənin baş məşqçisi Fuad İsmayılov oyunöncəsi qarşılaşmayla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin iki üstünlüyə malik olduğunu deyib:
“Bu oyuna da ciddi hazırlaşmışıq. Məqsədimiz səfərdən qələbə ilə dönməkdir. Düzdür, bu heç də asan olmayacaq. Çünki Neftçi güclü rəqibdir. Onların iki üstünlüyü var - meydan və azarkeş amili. Bizim isə ciddi itkimiz var. Təəssüf ki, Ramal Hüseynov bu qarşılaşmada meydana çıxa bilməcəyək. Onun yerini cəzası başa çatan Rafael Əmirbəyovla doldurmağa çalışacağıq”.
